Səfərə çıxacaq sürücülərin nəzərinə!

Gündəm / Sosial
25 Haz 2025
18:25
Səfərə çıxacaq sürücülərin nəzərinə!

Qarşıdakı qeyri-iş günlərində avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Bu, Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

“Hərəkət intensivliyinin artması fonunda qabaqlayıcı tədbirlər görməklə yanaşı, səfərə hazırlaşan sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirmək, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq tövsiyə edilir.

Bununla yanaşı, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməli, hərəkət zamanı sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalıdırlar.

Dəyərli sürücülər!

Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbrli və təmkinli olun. Tövsiyələrə riayət etməklə tətil günlərinizin yaddaqalan olmasına töhfə verin”, - müraciətdə bildirilib.
24.06.2025
14:23
Şəkidə tender oyunu