“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Gündəm / Cəmiyyət
24 Haz 2025
16:25
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Uzun illər “Hacıqabul Quşçuluq Şirkəti”ndə çalışmış və daxili iş prinsiplərindən xəbərdar olan vətəndaş Babaşov Dilavər Stam oğlu şirkətdə istehsal olunan yumurtaların 6-7 ay soyuducularda saxlanıldıqdan sonra bazara “təzə məhsul” adı ilə çıxarıldığını bildirib.

Xalq məlumat verir ki, uzun illər “Hacıqabul Quşçuluq Şirkəti”ndə çalışmış və daxili iş prinsiplərindən xəbərdar olan vətəndaş Babaşov Dilavər Stam oğlu şirkətdə istehsal olunan yumurtaların 6-7 ay soyuducularda saxlanıldıqdan sonra bazara “təzə məhsul” adı ilə çıxarıldığını bildirib.

şikayətçi B.Dilavər bildirib ki, problemlə əlaqədar Prezidentin köməkçisi Fuad Ələsgərov başda olmaqla bir sıra mühüm dövlət qurumlarına – Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və Baş Prokurorluğa rəsmi şikayət ərizəsi ilə də müraciət edib.

Ərizədə Dilavar Babaşov “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də ciddi qanun pozuntularına yol verildiyini bildirir. Vətəndaşın sözlərinə görə, şirkətdə istehsal olunan yumurtanın miqdarı statistikada qəsdən az göstərilir, bu yolla rəsmi hesabatlar saxtalaşdırılır:

“Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlu “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də özbaşınalıq, qanun pozuntusu ilə məşğuldurlar. Onların etdiyi açıq cinayətdir. Bu müəssisədə yığılan yumurtalar 6 aylarla saxlanılır. Lakin satışa gedərkən elə həmin gün istehsal edilmiş kimi rəsmiləşdirilir. Bu isə alıcının aldadılması, süni “təzəlik” görüntüsüdür. Şirkətdə 26 konteyner soyuducu, 3 böyük soyuducu anbar var. Hər soyuducu konteynerdə 800-900 qutu yumurta saxlanılır. Daş anbarlarda isə 15 000–20 000 qutuluq yumurtalar yerləşdirilir. Bu yumurtalar 7-8 ay ərzində anbarda qalır”.

-a yazan şikayətçi B.Dilavər bildirib ki, problemlə əlaqədar Prezidentin köməkçisi Fuad Ələsgərov başda olmaqla bir sıra mühüm dövlət qurumlarına – Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və Baş Prokurorluğa rəsmi şikayət ərizəsi ilə də müraciət edib.

Ərizədə Dilavar Babaşov “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də ciddi qanun pozuntularına yol verildiyini bildirir. Vətəndaşın sözlərinə görə, şirkətdə istehsal olunan yumurtanın miqdarı statistikada qəsdən az göstərilir, bu yolla rəsmi hesabatlar saxtalaşdırılır:

“Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlu “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də özbaşınalıq, qanun pozuntusu ilə məşğuldurlar. Onların etdiyi açıq cinayətdir. Bu müəssisədə yığılan yumurtalar 6 aylarla saxlanılır. Lakin satışa gedərkən elə həmin gün istehsal edilmiş kimi rəsmiləşdirilir. Bu isə alıcının aldadılması, süni “təzəlik” görüntüsüdür. Şirkətdə 26 konteyner soyuducu, 3 böyük soyuducu anbar var. Hər soyuducu konteynerdə 800-900 qutu yumurta saxlanılır. Daş anbarlarda isə 15 000–20 000 qutuluq yumurtalar yerləşdirilir. Bu yumurtalar 7-8 ay ərzində anbarda qalır”.
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Şikayətçi bildirir ki, illərlə həmin müəssisədə çalışdığı üçün istehsal zəncirini, anbar və soyuducu sistemini yaxşı tanıyır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə yoxlamalar olsa da, nəticələr ört-basdır edilir:

“Adətən kosmetik yoxlamalar aparılır. Bu sahədə ciddi, obyektiv yoxlamalar vacibdir. Mənim müraciətim sıradan şikayət deyil. Bu müəssisədə kimlərin giriş-çıxışı olub, hamısını bilirəm.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər nəzarət orqanlarını Hacıqabul Quşçuluq Şirkətində ciddi araşdırma aparmalıdır. Çünki buradakı məhsullar sonradan mağazalara, məktəblərə, hətta ordunun tədarük sisteminə də düşür. İllərlə soyuducuda qalan yumurtanın bədənə nə qədər zərərli olduğu məlumdur. Belə hallara göz yumulmamalıdır.
Bu müəssisədə hər cür özbaşınalıq, qanunsuzluq yaşanır. Açıq yoxlama aparılsa Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlunun yol verdiyi bütün qanunsuzluqlar üzə çıxacaq
Hazırda 60 min qutu keyfiyyətsiz yumurta müştəriləri gözləyir. Zamanında addım atılmsa da bu zay və yarım ildir soyuducuda saxlanan yumurtalar hansısa formada müştərilərə satılacaq”.
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Yeri gəlmişkən onu da bildirək ki, artıq bir çox böyük marketlər şəbəkəsi zay olmuş yumurtaları satışdan çıxarır.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Qeyd edə ki,“Hacıqabul Quşçuluq” MMC-nin qanuni təmsilçisi Şöhrət Babaşovdur direktoru isə qardaşı Nemət Babaşovdur.

Xalq
24.06.2025
14:23
Şəkidə tender oyunu