Növbəti qanunsuz tikinti: Binəqədi rayonunda hansı məmur tikintilərə nəzarət edir?

Gündəm / Cəmiyyət
25 Haz 2025
15:58
Növbəti qanunsuz tikinti: Binəqədi rayonunda hansı məmur tikintilərə nəzarət edir?

Biləcəridə növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar.

Məsələ ilə bağlı Xalq -a məlumatına görə sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir.

Tikinti Biləcəri qəsəbəsi ərazisində aparılır. Tikinti işlərinə bayramqabağı — nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, Bakıdakı “klassik sxem”dir: tikinti ya şənbə-bazar günləri, ya da uzunmüddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin. Məqsəd isə açıqdır — qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq.

İddialara görə Binəqədi icra hakimiyyəti ilə “razılaşma” əsasında bu işlər görülür.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində bu lk deyil.

Məsələ ilə bağlı rayon icra hakimiyyətində və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyinid dərc etməyə hazırıq.

Növbəti qanunsuz tikinti: Binəqədi rayonunda hansı məmur tikintilərə nəzarət edir?

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.(Xalq.online)
24.06.2025
14:23
Şəkidə tender oyunu