Zəngilanda inşaatda çalışan fəhlələrin maaşı niyə verilmir?-Video
“Hünər-İnşaat Firması” Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər görən fəhlələrin ödənişləri verilmir?
Bu barədə sosail platformada işçilər çıxış ediblər. Belə ki. Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işlər aparan “Hünər-İnşaat ” Firması fəhləlrin maaaşını vermir.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi” tenderinin icrası “Hünər-İnşaat” Firması həyata keçirir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyev Nəbi oğludur.
Şikayətlə bağlı şirkətdən və qurumlardan münasibət öyrənmək mümkün olmadı .
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərovdur.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi isə Vahid Hacıyevdir.(Xalq.online)
Qurumların mövqeyini dərc etməyə hazırıq.