DTX-nin Qaxda saxladığı vəzifəli şəxslərin bəzilərinin kimliyi məlum oldu - ADLAR- YENİLƏNDİ

Gündəm / Sosial
20 Haz 2025
19:08
DTX-nin Qaxda saxladığı vəzifəli şəxslərin bəzilərinin kimliyi məlum oldu - ADLAR- YENİLƏNDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində tutulan şəxslərin bəzilərinin adı məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, əməliyyat nəticəsində icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov saxlanılıb.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

***

15:30

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar arasında icra başçısı Musa Şəkiliyev, müavinləri, İcra Hakimiyyətinin şöbə müdirləri və digər vəzifəli şəxslər var.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Saxlanılan şəxslər hazırda Bakıya gətirilirlər.

Bazar gününədək onlar məhkəmə qarşısına çıxarılacaqlar. Səbail Rayon Məhkəməsində Qaxın tutulan vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ittiham tərəfinin təqdimatına baxılacaq.

***

14:49

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Teleqraf xəbər verir ki, əməliyyat nəticəsində rayonun başçısı Musa Şəkiliyev, müavinləri və bir neçə vəzifəli şəxs saxlanılıb.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

M.Şəkiliyev 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısı idi.

Qeyd edək ki, əməliyyatla bağlı ilk xəbəri "News24" saytı yayıb.