Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baş verən haqsızlıqlar kimlərəsə maraqlıdı,yoxsa boş boşuna xəbər paylaşırıq? VIDEO FAKT

Gündəm / Sosial
20 Haz 2025
16:34
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baş verən haqsızlıqlar kimlərəsə maraqlıdı,yoxsa boş boşuna xəbər paylaşırıq? VIDEO FAKT

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komisiyası xəstələri niyə getgələ salır?
Xəstələr hansı səbəbdən incidilir, ümumiyyətlə komisiyada əyləşən ekspert həkimlər hansı təlimatı yerinə yetirir ki,idarənin qapıları xəstələr tərəfindən qırılır,qışqırbağır,haqsızlığa etirazlar səngimir,tükənmir?
Bir məsələni diqqətə çatdırım ki,biz də haqsızlıqla üzləşmiş vətəndaşıq.Əfsuslar olsun ki,haqqımızı tələb etməyə imkanda yaradılmayıb,məcburuq bu haqsızlığa dözək.Dözək diyəndə,zatən dözürük 2022 nin yanvar ayından taaa bu günə kimi,isyan etmişik,problemi sosial şəbəkədə,müxtələlif xəbər saytlarında işıqlandırmışıq,adiyyatı orqanlara müraciətlər etmişik,ancaq əfsuslar olsun ki,bir faydası yoxdur.2016 cı ildən 3 cü qurup əlil olan Elnurə Həsənova Kəmran qızının əlillik müddəti 2022 nin yanvar ayında bitmişdir.Eyni diaqnozla xəstə 3 ildir ki ard arda müraciətlər edir,çox sayda yatışları,göndərişləri var.Demək istədiyim odur ki,xəstənin sənətlərində bir problem yoxdur.Bütün bunlara baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komisiyası xəstəyə birdaha 1 saylı RPX na göndəriş verir ki,ordanda sondəfə diqnozun təsdiqini gətir.Xəstə 1 saylı RPX da olur,həkim komisiyasından keçir,təsdiqlənmiş eyni diaqnozu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komisiyasına təqdim edib.İndidə deyirlər ki,xəstəyə qoyulan diaqnoz xəstəliyi ilə düz gəlmir və bunu sözdə deyirlər.Artıq bir neçə ay keçməsinə baxmayaraq ortada rəsmi bir cavab yoxdur,vermirlər.Bu xəstəyə əlillik düşmürsə rəsmi qaydada işini gör,cavab olaraq qeyd et ki,bəli bu səbəblərə görə xəstəyə əlillik düşmür.Bizdə bu cavab əsnasında məhkəməyə müraciət edə bilək.Biz elə bilirdik bucür haqsızlıqla üzləşən tək bizik,səndemə çoxları bizim günümüzdə imiş də,sadəcə səslərini çıxarmırmışlar.1 saat içində şahid olduqlarımı video lentə aldım və ümüdvaram ki,adiyyatı qurumlar mənim problemimi görməsələrdə bu biyabırçılığı görəcək.

Telexeber.az