Xırdalanda "Kristal Abşeron"nun binasında "bədxassəli şiş" - “Manqal Dönər” qanun-qayda tanımır? - VİDEO

Gündəm / Cəmiyyət
5 Mrt 2026
18:25
Xırdalanda "Kristal Abşeron"nun binasında "bədxassəli şiş" - “Manqal Dönər” qanun-qayda tanımır? - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində əlavə tikinti həyata keçirilir.

Bizimesr.az bildirir ki, kompleksdə fəaliyyət göstərən “Manqal Dönər” restoranının yerləşdiyi binanın qarşısına əlavə obyekt çıxarılır.

Sakinlər bildirirlər ki, aparılan tikinti işləri üçün aidiyyəti dövlət qurumlarından rəsmi icazə alınmayıb. Halbuki yaşayış binalarında və onların ətrafında hər hansı əlavə tikinti və ya konstruksiya işlərinin aparılması üçün müvafiq qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin qurumlarının razılığı tələb olunur.Ümumiyyətlə, belə binalarda əlavə işlər görmək qanunsuz, texniki standartlara uyğun deyil.

Hazırda isə sözügedən tikinti işlərinin hansı əsasla həyata keçirildiyi məlum deyil.

Bu cür işlərin yerli icra strukturlarının razılığı olmadan aparılmasının çətin olduğu bildirilir. Bu baxımdan, Abşeron rayonu ərazisində baş verən bu tikinti işlərinin hansı məmurun razılığı ilə həyata keçirildiyi də sual doğurur.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Redaksiyamız mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışır. Qurumların rəsmi açıqlaması olduğu halda, onu dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Bizimesr.az