Xətai rayonunda növbəti şübhəli tikinti - Lütfizadə küçəsində ağaclar məhv edilib- VİDEO

Gündəm / Sosial
5 Mrt 2026
15:35
Xətai rayonunda növbəti şübhəli tikinti - Lütfizadə küçəsində ağaclar məhv edilib- VİDEO


Bakı şəhərinin Xətai rayonu ərazisində növbəti mübahisəli tikinti ilə bağlı iddialar ortaya çıxıb.

Bizimesr.az-a daxil olan məlumata görə, rayonun Lütfizadə küçəsində sürətli restoran tipli obyektin tikintisi həyata keçirilir. Lakin iddialara əsasən, aparılan tikintinin rəsmi sənədlərinin qaydasında olmadığı və şəhərsalma normalarına uyğun gəlmədiyi bildirilir.

Mənbələrin sözlərinə görə, sözügedən tikinti üçün müvafiq icazələrin olub-olmaması barədə açıq məlumat mövcud deyil. Bu isə tikinti prosesinin qanuniliyinə dair suallar yaradır. Belə böyük həcmli obyektin inşası üçün adətən layihə sənədləri, tikintiyə icazə və digər rəsmi prosedurların həyata keçirilməsi tələb olunur.

Qeyd edək ki, son aylarda Bakı şəhərinin xüsusilə Xətai rayonu ərazisində müxtəlif kommersiya obyektlərinin tikintisinin artdığı müşahidə edilir. Bəzi hallarda isə bu tikililərin şəhərsalma qaydalarına uyğunluğu ilə bağlı suallar yaranır.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

Maraqlıdır ki, bu ölçüdə tikintinin aparılması üçün rəsmi icazə və tikinti sənədləri mövcuddurmu? Tikinti Xətai rayon ərazisində aparıldığı üçün araşdırmaq da rayon rəhbərliyinə düşür.

Qeyd edək ki, Xətai RİH icra başçısı Rafiq Quliyevdir.

Bizimesr.az məsələni diqqətdə saxlayır və aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışır.