İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

Gündəm / Sosial
9 Şub 2026
16:06
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

İmişli rayonu Hacıalmuradlı kənd orta məktəb şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı görüntünün yayılmasından sonra, məsələ ilə bağlı araşdırma başladıldı. Ancaq başladılan araşdırma barədə hələki hansısa bir açıqlama verilməyib.

XALQ daxil olan məlumata görə şagirdi döyən Hacıalmuradlı kənd orta məktəbinin direktoru Ruslan İbayevi müdafiə edənlərdən biri də Milli Məclisin deputatı Müşfiq Cəfərovdur. Belə ki, deputat Müşfiq Cəfərov Hacıalmuradlı kənd orta məktəbinin hərbi müəllimi Anar İbayevin xalası oğludur.
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

Hərbi müəllim Anar İbayev isə direktor Ruslan İbayevin əmisi oğludur.
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

Deputat Müşfiq Cəfərov

Bildirilir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin bütün gücü ilə şagirdi döyən məktəb direktoru Ruslan İbayevi müdafiə etməsinin arxasında məhz deputat Müşfiq Cəfərov və sektor müdiri Elşad Uğurliyev faktoru dayanır.
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

Bəhruz Nəbili

Milli Məclisin deputatı Müşfiq Cəfərova və Bəhruz Nəbiliyə arxalanan Ruslan İbayev 5 ay müddətində orta məktəbdən 4 işçini işdən çıxardıb.
İmişlidə qalmaqallı məktəb direktorunu deputat niyə müdafiə edir? – Qohumluq əlaqəsi

Məktəb direktoru Ruslan İbayev
Hətta Ruslan İbayev məktəbin adını daşıdığı şəhid Qoşqar Tarverdiyevin qardaşı Zaur Tarverdiyevi də işindən azad edib. Şəhid qardaşı üzləşdiyi haqsızlıqla bağlı dəfələrlə Ruslan İbayevdən şikayətlər etsədə, sonda direktoru himayədarları qorumağı bacarıblar. AzFakt.com