Vensin Ermənistana səfər proqramı açıqlandı

Dünya
9 Şub 2026
12:47
Vensin Ermənistana səfər proqramı açıqlandı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün Ermənistana rəsmi səfər edəcək.

Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

9-10 fevral tarixlərində davam edəcək səfər zamanı onu həyat yoldaşı Uşa Vens müşayiət edəcək.

Məlumata görə, bu gün axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ vitse-prezidenti ilə görüşü başa tutacaq.

Görüşdən sonra tərəflər bəyanatlarla çıxış edəcəklər.