Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarənin vergi borcu üzə çıxıb

Gündəm / Cəmiyyət
17 May 2025
11:13
Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarənin vergi borcu üzə çıxıb

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vergi borcu üzə çıxıb.

32gun.az-ın məlumatına görə, qurumun dövlətə olan vergi borcu 76 497.78 manat təşkil edir.

Birliyin qanuni təmsilçisi Namizəd İsmayılov İsmayıl oğlu kimi göstərilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, artıq 13 ildir ki, bu vəzifəni icra edir.(32gun.az)
Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarənin vergi borcu üzə çıxıb