"Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!

Gündəm / Sosial
30 Ekm 2024
17:00
"Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!

Paytaxtda milyonluq layihə sahibi olan şəxs və ya şəxslər şəhərin səkilərini zəbt etməyə davam edir.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən yeni tikilinin sahibləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini özlərinin gəlir mənbəyi olan obyektin həyətinə qatıb. Ölkə olaraq COP29 beynəlxalq konfransına hazırlaşdığımız ərəfədə ölkənin paytaxtında bu cür qanunsuzluqlar Azərbaycanın nüfuzuna ciddi zərər vuracaq addımlardır.
"Grand Palace"nın sahibi səkini yola çevirdi - ÖZBAŞINALIQ!

Belə ki, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən "Grand Palace" adlı yaşayış kompleksinin sahibkarları kompleksin Hənifə Ələsgərov küçəsinə baxan hissəsinin önündəki səkini kəsib və avtomobil yoluna çevirib. Bu addım, böyük ehtimalla, kompleksin aşağı mərtəbələrində açılışı planlaşdırılan ticarət obyektlərinin xidməti avtomobillərinə şərait yaratmaq üçün atılıb. Lakin səkinin bu tərzdə zəbt edilməsinə hansı qurum, hansı təşkilat razılıq verməyindən asılı olmayaraq, kompleks sahiblərinin paytaxtın küçələrinə, səkilərə, eləcə də, ərazidən istifadə edən vətəndaşlara qarşı özbaşınalığı bütün hallarda qəbuledilməzdir. Rayonlarda səkilərə, ərazidə tikinti işlərinin aparılmasına icazə məsələsi isə yerli icra hakimiyyətlərinin səlahiyyətləri daxilində olduğu isə dəqiqdir.(Avtosfer)
24.06.2025
14:23
Şəkidə tender oyunu