“BeerLab”da müğənnilər belə performans göstərir-Video

Gündəm / Cəmiyyət
9 Eyl 2025
16:41
“BeerLab”da müğənnilər belə performans göstərir-Video

Son vaxtlar bəzi restoranlarda mədəniyyət adına təqdim olunan səhnələr artıq cəmiyyətdə ciddi narazılıq doğurur. Tamaşaçının qarşısına çıxarılan “müğənniciklər” nə səsə, nə sənətə, nə də mədəniyyətə sahibdir. Açıq-saçıq geyimləri, səhnəyə yaraşmayan davranışları ilə mədəniyyət yox, bayağılıq təbliğ olunur.
“BeerLab”da müğənnilər belə performans göstərir-Video
“BeerLab” restoran rəhbərlərinə sual olunur: Siz bu şəxsləri səhnəyə çıxarmaqla nəyi nümayiş etdirirsiniz? Azərbaycan musiqisinin zəngin irsini, sənətkarlarımızın illərlə formalaşdırdığı səhnə mədəniyyətini tapdalamaq, gənclərə yanlış nümunə göstərməkmi məqsədinizdir?

Mədəniyyətə hörməti olmayan, oxuma qabiliyyəti sıfır olan şəxslərin restoranlarda “sənətçi” adı ilə reklam olunması yolverilməzdir. Belə məkanlarla bağlı aidiyyəti qurumların ciddi tədbir görməsi vaxtıdır. Çünki bu, artıq təkcə zövqsüzlük deyil, milli dəyərlərə qarşı hörmətsizlikdir.Xususi.tv

VİDEO LİNKDƏ: https://xalq.online/beerlab-da-mugenniler-bele-performans-gosterir-video