Bakı şəhər İcra Hakimiyyəti it yemi alır -425 min 685 manatlıq

Gündəm / Sosial
19 Tem 2025
11:09
Bakı şəhər İcra Hakimiyyəti it yemi alır -425 min 685 manatlıq

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tenderin qalibi “Fəza-F” MMC-dən itlər üçün 150 ton quru yem alınacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək.
Tender müsabiqəsinin qalibi olan şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

“Fəza-F” MMC 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub.

İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.(Yenixeber.org)