“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu

Gündəm / Cəmiyyət
17 Haz 2025
16:22
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu

“Sobsan” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti tədbirləri çərçivəsində maliyyə sanksiyaları tətbiq olunub.
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu

Xalq xəbər verir ki, Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların qanunvericiliyə uyğun sənədlərlə rəsmiləşdirilməməsi faktları əsasında tərtib olunan AKT-a əsasən şirkətə ümumilikdə 10 225,16 manat maliyyə sanksiyası tətbiq edilib. Belə ki, ayrı-ayrılıqda 10 173,60 manat və 51,56 manat məbləğində iki cərimə qərarı qəbul olunub.

Şirkətin qanuni təmsilçisi Feyruz Quliyev Əmircan oğludur. “Sobsan” MMC-nin nizamnamə kapitalı 1 505 630 manat təşkil edir.32gun.az

Qeyd edək ki, “Sobsan” boya Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarına məxsusdur.