Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var

Gündəm / Cəmiyyət
28 Ekm 2024
09:15
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var

"İlkin-N" MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

Pravda.az-ın xəbərinə görə, şirkətin dövlətə 409 511 manat vergi borcu var.

Qeyd: “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamı kapitalı 35 min 572 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur (Hacı Qurban kimi tanınır-red). MMC indiyədək dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.
24.06.2025
14:23
Şəkidə tender oyunu