Əhəd Abıyev keçmiş müdirə vəzifə verdi - ƏMR

Sosial
24 Haz 2023
17:21
Əhəd Abıyev keçmiş müdirə vəzifə verdi - ƏMR


Zaur Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.

Korrupsiyaxeber.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev əmr imzalayıb.

Qeyd edək ki, Z.Məmmədov bundan əvvəl Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.