“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi

Sosial
24 Şub 2025
11:24
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi

“Rossiya Segodnya”nın (“Sputnik- Azərbaycan”) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Bildirilib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Həmçinin “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası da ləğv edilib.