İngiltərə çempionatında ilk: Qadın hakim bu matça təyinat aldı
İdman
3 Kas 2023
19:09
İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.
İlk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək. Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.