FHN bu helikopterlərə yarım milyon xərcləyəcək

Gündəm / Cəmiyyət
27 Ock 2026
14:41
FHN bu helikopterlərə yarım milyon xərcləyəcək

Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi KA-32A tipli helikopterlərdə istismar olunan 4 ədəd TV3-117VMA mühərriklərinin təmirəqədər resursunun artırılmasına, 4 ədəd TV3-117VMA və 1 ədəd Aİ-9 mühərriklərinin təmirəqədər istismar müddətlərinin və resursunun artırılması xidmətinə 505 155 AZN sərf edəcək.

Pravda.az-ın xəbərinə görə, bu xidmət “Falcon İnternational Fze” şirkəti tərəfindən göstəriləcək.

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub, satınalma birbaşa olub.