Anar Kərimov nazir müavini olarkən İlqar Mehdi ilə necə tenderlərlə razılaşdırıb?

Gündəm / Sosial
29 Kas 2025
19:48
Anar Kərimov nazir müavini olarkən İlqar Mehdi ilə necə tenderlərlə razılaşdırıb?

“Ekvita Consulting” şirkəti barəsində Maliyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, protokol tərtib edilib.

Buna səbəb şirkətin 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamasıdır.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınan şirkət Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehdidir. Şirkət hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə konsaltinq sahələrində xidmət göstərir. İlqar Mehdinin maliyyə nazirinin müavini Anar Kərimovun yaxın qohunu olduğu bildirilir.

Şirkət daha öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bir neçə qurumun tenderlərinin qalibi olub. Bu isə Anar Kərimovun ƏƏSMN-də nazir müavini olduğu müddətə təsadüf edib.(Teleqraf)