Adnan Əhmədzadə HƏBS EDİLİB - ÖZƏL

Gündəm / Sosial
20 Eyl 2025
14:45
Adnan Əhmədzadə HƏBS EDİLİB - ÖZƏL

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadə Azərbaycanda neft fırıldağına görə həbs olunub.
Ajans.az "First Truth&Transparency Committee" saytına istinadən xəbər verir ki, bu barədə məsələyə yaxın bir neçə mənbə məlumat verib.

Məlumata görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu isə Azərbaycan qanunvericiliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Həbs faktı ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər, həmçinin fərdi şəxslərin dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək fəaliyyətlərinin qarşısını almaq siyasəti çərçivəsində həyata keçirilib.

Yazılanlara münasibət öyrənmək üçün qarşı tərəflə əlaqə saxlaya bilmədik.

Həmin xəbəri sizlərə təqdim edir: (Ajans.az)
Adnan Əhmədzadə HƏBS EDİLİB - ÖZƏL