“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Gündəm / Video
13 Eyl 2025
12:04
“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Azərbaycanın ən böyük şirkətlərindən "Azərsun Holdinq"ə məxsus "Al market" mağazalar şəbəkəsindən alınan yumurtanın içindən bişirildikdən sonra göyərmiş və pis qoxulu məhsul çıxdığı iddia edilir.

Sosial şəbəkələrdə geniş yayılan şikayətə görə, yumurtanı alan şəxs onu bişirdikdən sonra yarıya böldükdə iç hissəsinin yaşıl rəngdə olduğunu və xoşagəlməz qoxu verdiyini bildirib.
“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Bu vəziyyət yumurtanın xarab olduğunu və istehlak üçün yararsız hala gəldiyini göstərir.
Şikayət edilən məhsulun rəsmiləri tərəfindən açıqlama verilməyib.
“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Qeyd edək ki, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi istehlakçı hüquqları baxımından son dərəcə vacibdir. Bu cür hadisələr ölkədə qida təhlükəsizliyi ilə bağlı suallar doğurur.

Xatırladaq ki, "AL Market" mağazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.(32gun.az)