Lavrovdan ABŞ ilə bağlı açıqlama

Gündəm / Dünya
11 Nis 2025
13:13
Lavrovdan ABŞ ilə bağlı açıqlama

“Rusiya görür ki, ABŞ Avropadan fərqli olaraq Ukraynadakı münaqişənin əsas səbəblərini araşdırmaq arzusundadır”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlmasında bildirib.

“Biz görürük ki, indiki vəziyyətin köklü səbəblərini tamamilə görməzlikdən gələn Britaniyanı da daxil etdiyim Avropadan fərqli olaraq, ABŞ problemin mahiyyətini aydınlaşdırmaq istəyir”, - deyə, Lavrov qeyd edib.