Rektor onu işdən çıxardı, GDU-da qadın intihara əl atdı

Gündəm / Sosial
11 Nis 2025
10:49
Rektor onu işdən çıxardı, GDU-da qadın intihara əl atdı

Gəncədə qadın özünə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

APA