İçməli suya həsrət qalan Əhmədlidə İÇMƏLİ SU FONTAN VURUR... - AXI NİYƏ?..

Gündəm / Sosial
17 Mrt 2025
10:18
İçməli suya həsrət qalan Əhmədlidə İÇMƏLİ SU FONTAN VURUR... - AXI NİYƏ?..

"Bura Əhmədli, Sarayev 13 ünvanında yerləşən binanın həyətidir. Bir neçə saatdır su beləcə axır. İçməli sudur. Əhmədlidə bütün yaşıllıq zolaqları içməli su ilə suvarılır..." "Dia.az" xəbər verir ki, bu paylaşımla tanınmış telejurnalist Rasim Ysmayılov dünən çıxış edib və hazırda da vəziyyətin eyni şəkildə olduğu vurğulanır.
İçməli suya həsrət qalan Əhmədlidə İÇMƏLİ SU FONTAN VURUR... - AXI NİYƏ?..

R.İsmayılov daha sonra bunları əlavə edib: "Ümumiyyətlə, elə bil Əhmədli Azərbaycan deyil. 26 ildə ağac qalmadı, küçə qalmadı, səki qalmadı, həyət qalmadı satıldı.
Amma bütün rəsmi dövlət qurumları var... Təbii ki, iş görmək üçün yox. Bəs nə üçün?"

Dia.az