Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Gündəm / Cəmiyyət
14 Mrt 2025
09:08
Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilən “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda vergi borcu var.

Hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir.

“Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. “Muğanbank” ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:

Elmir Mehdiyev – 67,74%
Maqbet Mehdiyev – 11,58%
Vəfa Vəliyeva – 10,65%
Fəridə Mehdiyeva – 10,03%.

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.

2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:

Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.
Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Samir və Munir Vəliyevlər Əhməd Vəliyevin övladalrıdır.
Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Göründüyü kimi 2022-ci ildən sonra bank demək olar ki, tam şəkildə Əhməd Vəliyevin nəzarətinə keçib.
Deputat Samir Vəliyevin və qardaşının bankının nə qədər borcu var?

Vəliyev Samir milli Məclisin deputatıdır.

2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. “Muğanbank” ASC hazırda ləğv prosesindədir. Qaynarinfo.az