Bu nazirlik "Azpetrol"dan 40 min AZN-lik benzin alıb - FOTO

Gündəm / Cəmiyyət
10 Mrt 2025
10:03
Bu nazirlik "Azpetrol"dan 40 min AZN-lik benzin alıb - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Azpetrol LTD" MMC-dən 40 min manatlıq Aİ-95 (premium) markalı benzin satın alıb.

32gun.az xəbər verir ki, nazirlik "Xidməti minik avtomobilləri üçün Aİ-95 (premium) markalı benzinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi - sözügedən MMC ilə müqavilə bağlayıb.

Tenderin məbləği 40.480 AZN təşkil edir.

Qeyd edək ki, "Azpetrol LTD" MMC-nin baş direktoru Ceyhun Məmmədovdur.
Bu nazirlik "Azpetrol"dan 40 min AZN-lik benzin alıb - FOTO
32gun.az