Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq

Gündəm / Cəmiyyət
19 Şub 2025
18:49
Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq

Bakıda Asiya Parlament Assambleyasının Büdcə və planlaşdırma daimi komitəsinin iclasında qurumun 2025-ci il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb.

Hər bir üzv ölkə büdcənin formalaşdırılması üçün minimun 22 min ABŞ dollarından maksimum 50 min ABŞ dollarınadək vəsait ödəyəcək.

Ümumilikdə isə təşkilatın büdcəsi 1 milyon ABŞ dolları təşkil edəcək.

Məsələ Asiya Parlament Assambleyasının plenar sessiyasına tövsiyə olunub.