Bakı Baş Gömrük İdarəsində məsuliyyətsizlik

Gündəm / Cəmiyyət
13 Şub 2025
14:47
Bakı Baş Gömrük İdarəsində məsuliyyətsizlik

Bakıda Baş Gömrük İdarəsində gecikmələr müşahidə olunur və insanların malları buraxılmır. Məlumata görə, vətəndaşlar ayın 6-dan 11-dək gömrüyə dəvət edilsələr də, prosesdə irəliləyiş olmayıb, bu səbəbdən insanlar vaxt itirməyə məcbur olurlar.
Baş redaktor Təbriz bəyin başına gələn hadisəyə əsasən, Bakıda gömrükdə ciddi problemlər yaşanır. O, şəxsi mallarını götürə bilmir, çünki gömrükdən heç bir dəstək və ya lazımi köməklik göstərilmir. Bu vəziyyət yalnız onun deyil, digər vətəndaşların da çətinliklərlə üzləşdiyini göstərir.
Bakıda gömrükdə yaşanan gecikmələr və vətəndaşların mallarını götürə bilməməsi ilə bağlı ciddi problemlərin həlli üçün tədbir görülməsi xahiş olunur. Vətəndaşlar gömrükdə vaxt itirdiklərini və lazımi köməkliyin göstərilmədiyini bildirirlər. Bu vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə müdaxilə etməsi və vətəndaşların haqlarının təmin edilməsi vacibdir.(Regiitv.az)

Bakı Baş Gömrük İdarəsində məsuliyyətsizlik