FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Gündəm / Sosial
31 Ock 2025
14:16
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

”AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə son tamamlama işləri aparılır.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintiyə müdaxilə etmədi? -FOTOFAKT

Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.
Xatırladaq ki, qanunsuz inşa edilən bu obyektin Vüqar Sədizadə adlı sahibkara məxsus olduğu deyilir. (Yenixeber.org)
Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.