Conson Ukrayna ilə bağlı çağırış etdi

Gündəm / Dünya
18 Kas 2024
20:32
Conson Ukrayna ilə bağlı çağırış etdi

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynaya 500 milyard dollar kredit ayırmağa və ölkənin NATO-ya üzvlük tarixini təyin etməyə çağırıb.

O bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, ABŞ Prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarını alqışlayıb.