İctimai fəal yol qəzasında öldü - Foto

Gündəm / Hadisə
31 May 2024
12:56
İctimai fəal yol qəzasında öldü - Foto

İctimai fəal, uzun müddət bank sektoru və digər özəl şirkətlərdə rəhbər vəzifələr tutmuş, son olaraq ANAMA-da çalışmış Səbuhi Nəsrullayev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu Fuğanlı kəndi ərazisində ağır yol qəzasına düşüb.

"Mitsubishi L200" markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

İctimai fəal yol qəzasında öldü - Fotoİctimai fəal yol qəzasında öldü - Foto