MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub

Gündəm / Siyasət
12 Nis 2024
14:41
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - o vurğulayıb.