Ukrayna münaqişəsi dünya üçün adiləşir - Qrandi

Gündəm / Dünya
25 Ock 2024
11:20
Ukrayna münaqişəsi dünya üçün adiləşir - Qrandi


Bütün dünyada Ukraynadakı münaqişəyə alışmaq tendensiyası var.

Bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.

"Bu il ilə keçən il arasındakı böyük fərq budur ki, Ukrayna münaqişəsi artıq bütün dünyada adi hala çevrilir. Ukraynalıların əzab-əziyyətinə alışma tendensiyası var", - Qrandi söyləyib.

O qeyd edib ki, Ukraynaya humanitar yardımla bağlı müzakirələr siyasi mübahisələrə görə yubanıb.

Komissar ABŞ və Avropa Birliyini yardım paketlərini təsdiqləməyə çağırıb.