Bakıda mərasim evinin tavanı çökdü: xəsarət alanlar var - Foto

Gündəm / Hadisə
19 Ock 2024
13:35
Bakıda mərasim evinin tavanı çökdü: xəsarət alanlar var - Foto

Bakıda mərasim evinin tavanı çöküb.

Daxili İşlər Nazirliynindən verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

"Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib", - məlumatda bildirilib.
Bakıda mərasim evinin tavanı çökdü: xəsarət alanlar var - Foto
Bakıda mərasim evinin tavanı çökdü: xəsarət alanlar var - Foto