Pakistan baş naziri Davos səfərini yarımçıq saxladı

Gündəm / Dünya
18 Ock 2024
11:20
Pakistan baş naziri Davos səfərini yarımçıq saxladı


Pakistan Baş naziri Ənvar ül-Haq Kakar Davosdakı Dünya İqtisadi Forumundakı iştirakını yarımçıq saxlayaraq, ölkəsinə qayıtmağa qərar verib.

Bu barədə “Nyus İnternəşnl” nəşri məlumat yayıb.

“Yanvarın 16-da İran Silahlı Qüvvələri PUA və raketlərdən istifadə edərək “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahına hücum etdiyi üçün hökumət başçısı təcili olaraq vətənə qayıtmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Pakistan aviasiyası da İranın Sistan və Bəlucistan əyalətindəki terrorçulara zərbələr endirib.