BƏƏ prezidentinin Azərbaycana səfəri başa çatdı

Gündəm / Siyasət
9 Ock 2024
13:19
BƏƏ prezidentinin Azərbaycana səfəri başa çatdı

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıb.