İsrail Qazaxıstanla vizasız rejim barədə Memorandum imzaladı

Dünya
27 Ock 2026
14:18
İsrail Qazaxıstanla vizasız rejim barədə Memorandum imzaladı

Qazaxıstan və İsrail arasında vizasız rejim barədə Memorandum imzalanıb.

Sənədin imzalanması mərasimi İsrailin xarici işlər naziri Gideon Saarın Astanaya səfəri çərçivəsində baş tutub.

Bununla yanaşı, Qazaxıstanın XİN rəhbəri Yermek Koşerbayevlə G.Saar arasında keçirilən danışıqlar zamanı iki ölkə arasında iqtisadi-ticarət, investisiya, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.(Kazinform)