KİV: Umerov və Uitkoff danışıqlar zamanı razılığa gəliblər

Dünya
20 Kas 2025
11:15
KİV: Umerov və Uitkoff danışıqlar zamanı razılığa gəliblər


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukrayna münaqişəsinin nizamlanması planı üzrə danışıqlar zamanı "müəyyən anlaşmaya" nail olublar.

Korrupsiya.com xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, Umerova ABŞ rəsmisi ilə danışıqlar aparmaq səlahiyyəti Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən verilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.