Litva Belarusla sərhəd-keçid məntəqələrini yenidən açdı

Dünya
20 Kas 2025
10:46
Litva Belarusla sərhəd-keçid məntəqələrini yenidən açdı
Litva Belarusla iki sərhəd-keçid məntəqəsində fəaliyyəti bərpa edib.

Korrupsiya.com xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Məlumata görə, ilk maşınlar Şalçininkay keçid məntəqəsindən sərhədi keçib. Bundan başqa, Medininkay keçid məntəqəsi də fəaliyyətə başlayıb.

Bildirilir ki, Şalçininkay üç həftə əvvəl bağlanmışdı, Medininkaydan isə Litva tərəfi yalnız müəyyən kateqoriyalı vətəndaşların və nəqliyyat vasitələrinin keçməsinə icazə verirdi.

"Avropa İttifaqı ilə sərhəddə altı buraxılış məntəqəsi fəaliyyət göstərir: dördü Polşa, ikisi Litva və biri Latviya ilə sərhəddədir", - Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, oktyabrın 29-dan etibarən Litva Belarusla sərhədini bir ay müddətinə bağladığını bəyan etmişdi.