Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünya
3 Tem 2025
10:41
Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Rusiyanın Ukraynanın Odessa şəhərinə dron hücumu nəticəsində beş nəfər xəsarət alıb, çoxmərtəbəli bina və mülki infrastruktur ziyan dəyib.

Bu barədə “Reuters” vilayət qubernatoru Oleq Kiperə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, altı mənzil tamamilə dağılıb, daha 36 mənzil qismən zərər görüb.

Xəsarət alanların dəqiq sayı və zərərin miqyası ilə bağlı məlumat dəqiqləşdirilir.